ONN İnformasiya Agentliyi

Qaçmaqla arıqlamaq mümkündür?

Qaçmaqla arıqlamaq mümkündür?
03 Sentyabr 2022 - 18:38

Səhərlər qaçmaq həqiqətən artıq çəkidən qurtulmağın bir yoludur, amma bu, bədəndəki piy qatının yox, əzələ kütləsinin azalması hesabına baş verir

ONN media avropalı mütəxəssislərin araşdırmalarına istinadla xəbər verir ki, saqqız çeynəmək mədə turşusunun yaranmasına, bu isə onun selikli qişasını dağıdır.

Alimlər apardıqları uzunmüddətli təcrübələr sayəsində qəti qənaətə gəlibər ki, insan orqanizmində problemlər vaxtlı-vaxtında qida qəbulu proseduruna əməl etmədikdə yaranmağa başlayır.

“Tutduğumuz gündəlik, həftəlik planımıza uyğun olaraq hər yerə, bütün işlərə yetişməyə çalışarkən, qida qəbulu rejiminə laqeyd yanaşırıq. Bu həyat tempini saxlamaqdan ötrü çox yatmağı, ayqaqüstü yeməyi və işə tələsməyi sevirik. Fəqət orqanizmimiz qayda-qanunu xoşlayır. Vaxtında yuxudan oyanmamaq, gimnastikanı unutmaq, doyumlu səhər yeməyini buraxmaq səhlənkarlığın əlamətləridir. Bu zəruri vərdişləri sadəcə səhərlər qaçmaqla kompensasiya etməyə çalışanlar isə bir həqiqəti bilməlidir: səhər qaçışı doğrudan da çəkini azaltmağın bir üsuludur, amma bu proses bədənin piy qatının deyil, əzələ kütləsinin aqzaması hesabına baş verir…”.

Mütəxəssislər həmçinin səhərlər acqarına bir fincan tünd qəhvə içməyin hansı fəsadlar törədə biləcəyini açıqlayıb:

“Səhər acqarına içilən tünd qəhvə mədədə turşuluğun əmələ gəlməsini stimullaşdırır, qıcqırmaya, eləcə də həzm prosesi ilə bağlı başqa problemlərin yaranmasına səbəb olur. Səhər yeməyini buraxmağınız özünüzə serotonin çatışmazlığını və günün sonunadək əzgin əhvalı təmiz etməyiniz deməkdir. Heç bir halda saqqız çeynəməyin, çünki bu vərdiş mədədə turşuluğun yaranmasına, sonda isə onun selikli qişasının dağılmasına gətirib şıxara bilər”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png