ONN İnformasiya Agentliyi

Qarın piylərini necə əritmək olar?

Qarın piylərini necə əritmək olar?
05 Yanvar 2023 - 20:29

Diyetoloq, biokimyaçı Yekaterina Novikova qarın piylərini əridən ən effektiv üsulları açıqlayıb.

ONN media Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qarın piylənməsindən alma tipli bədən quruluşu olan insanlar daha çox əziyyət çəkir. Eləcə də beli 80 santimetrdən çox olan qadınlara və 95 santimetrdən yuxarı kişilərə təsir göstərir. Problemi özünüz müəyyən etmək üçün iki barmağınızla göbək ətrafındakı dərini tutmağa çalışın. Çox miqdarda qarın piyi olan insanlarda dəri nazik olmayacaq.

“Qarında yağların yığılmasının səbəbi həddindən artıq yemək, pəhrizdə şirin və yağlı qidaların üstünlük təşkil etməsidir. Həmçinin oturaq həyat tərzi, xroniki stress və yuxusuzluq da piylənməyə gətirib çıxarır.

Qarın yağlarıyla mübarizəyə başlamaq üçün şəkər və sadə karbohidratları pəhrizdən çıxarmaq lazımdır. Onların istifadəsi insulin səviyyəsinin artmasına və insulin müqavimətinin inkişafına səbəb olur. Bunun müqabilində biz pəhrizə çoxlu sayda nişastasız tərəvəz, sağlam yağlar və zülal daxil edirik”, – həkim bildirib.

Bundan əlavə, həkim müntəzəm olaraq idmanla və ya hər hansı digər fiziki fəaliyyətlə məşğul olmağı, həmçinin stresdən uzaq durmağı məsləhət görüb. Novikova vurğulayıb ki, məhz stress kortizol istehsalına səbəb olur və iştahı idarə edən maddələr mübadiləsini pozur.⠀

Son nöqtə dəqiq yuxu rejimidir. Gündə ən az 7-8 saat, tam qaranlıq və sükutda yatmaq lazımdır. Tez yuxuya getmək və daha çox yatmaq üçün yatmazdan əvvəl gəzintiyə çıxmalı, rahatlaşdırıcı efir yağlarından istifadə etməli, vanna qəbul etməli və yatmazdan bir saat əvvəl qadcetlərdən imtina etməlisiniz

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png