ONN İnformasiya Agentliyi

Qazlı su öldürə bilər!- Avropa tibb mütəxəssisləri

Qazlı su öldürə bilər!- Avropa tibb mütəxəssisləri
26 Dekabr 2017 - 19:54

Piylənmə  problemləri üzrə Avropa assosiasiyasının ekspertləri  çağdaş dövrün ən məşhur içkilərindən biri –  karbonatlı (qazlı) suyun bədənə vurduğu zərərin miqyasını aşkar edən müdhiş bir hesabat dərc ediblər. 

ONN media Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 2013-cü ildən 2015-ci ilədək aparılmış 30 araşdırmaya əsaslanmış hesabatdan belə çıxır ki, qazlı su istehsalçıları içkilərin tərkibindəki “boş kalorilərin” nisbətini azaltmalıdırlar.

Tədqiqatçılar qazlı sudan müntəzəm istifadənin şiddətli və çox hallarda müalicəsi mümkün olmayan şişmanlıq formalarına  səbəb olduğunu aşkar ediblər. Ümumdünya Səhiyyə Təşkilatı 2018-ci ildən başlayaraq bir çox ölkələrin hökumətlərinə şəkərə vergi tətbiq etməyi tövsiyə edəcək.

Mütəxəssislərin fikrincə, piylənmənin ağır formaları insanın həyati vacib orqanlarının işinə təsir edir və mədə-bağırsaq traktının ciddi xəstəliklərinin inkişafı üçün şərait yaradır. Çəki artıqlığı  ürək xəstəliklərinin də inkişafına dəstək verə bilər. Bədəndə həddindən artıq şəkərin kəskin tiamin(B1 vitamini) çatışmazlığına səbəb olması mümkündür. Bundan əlavə, piylənmə nəticəsində ekstravaskulyar (damarətrafı) maye yığımının yüksək dərəcədə artma riski yaranır ki, bu da ürək dayanmasının əsas səbəblərindən biridir.

Beləliklə, Avropa tibb mütəxəssislərinin araşdırmalardan belə çıxır ki, qazlı su insanı öldürə bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png