ONN İnformasiya Agentliyi

Qızdırmanın 5 BİLMƏDİYİNİZ SƏBƏBİ – Tək soyuqdəymə deyil!

Qızdırmanın 5 BİLMƏDİYİNİZ SƏBƏBİ –  Tək soyuqdəymə deyil!
14 Yanvar 2020 - 4:16

Əksər hallarda qızdırmanın qalxmasının səbəbi soyuqdəymə və ya qripdir. Bu zaman insanda qızıdrmadan əlavə soyuqdəymə və qripə xas olan digər simptomlar da meydana çıxır – baş və əzələ ağrıları, burun axması, asqırma, öskürək, boğaz ağrısı və s.

Lakin bəzən xəstədə sadaladığımız heç bir simptom yoxdur, qızdırma isə qalxır. ONN media bildirir ki, rusiyalı terapevt, pulmonoloq İrina Beloqlazovanın sözlərinə görə, belə qızıdrma bəzi təhlükəli xəstəliklərə işarə edə bilər və bu halda insan vaxt itirmədən həkimə müraciət etməlidir.

Bu hansı xəstəliklər ola bilər?

1. Bakteriya mənşəli iltihabi xəstəliklər (böyrək, sümüklər, ağciyər, kişi və qadın cinsiyyət sistemi və s. iltihabları).

2. İnfeksion xəstəliklər (vərəm, QİÇS, bruselyoz, Laym xəstəliyi, infeksion mononukleoz)

3. Autoimmun xəstəliklər (revmatoid artrit, sistemli qırmızı qurd eşənəyi və s.)

4. Zob xəstəlikləri (tireotoksikoz)

5. Onkoloji xəstəliklər (böyrək, qaraciyər, ağciyər şişləri, leykoz).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png