ONN İnformasiya Agentliyi

Qrip və viruslara qarşı ən təsirli mürəbbə elan edildi – SƏBƏB

Qrip və viruslara qarşı ən təsirli mürəbbə elan edildi – SƏBƏB
28 Sentyabr 2019 - 5:27

Qrip və zökəm, qızdırma zamanı insanlar xalq təbabəti metodlarına da üz tutub, daha çox mürəbbə və çaylardan istifadə edir. Bizdə elə hesab edilir ki, soyuqdəymənin dərmanı zoğal mürəbbəsidir. Amma araşdırmalar məhz qrip viruslarına  qarşı ən effektiv mürəbbənin və ya meyvənin moruq olduğunu təyin edib.

ONN media medicina.az-a istinadən bildirir ki, həkimlər bunun sirrini moruğun kimyəvi tərkibinin C, A, E, B, PP vitaminləri, salisil turşusu, pektinlə zəngin olması ilə izah edir.

Moruğun tərkibində olan təsiredici maddə bütün qrip dərmanlarının tərkibində var. Moruq tərləməni sürətləndirir və hərarəti salır.

Yığıcı, büzücü maddələr isə mikrob əleyhinə təsir edir.

C vitamini immuniteti gücləndirir, xəstə qısa müddətdə gücünü bərpa edir.

Moruq mürəbbəsi hamilə və süd verənlər üçün də vacibdir, çünki dəmirlə zəngindir

Moruğun həm qurudulmuşu, həm gülü, yarpaqları, həm mürəbbəsi eyni dərəcədə effektivdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png