ONN İnformasiya Agentliyi

Rusiya ilk peyvəndləri bu şəxslərə vuracaq

Rusiya ilk peyvəndləri bu şəxslərə vuracaq
12 Avqust 2020 - 14:47

Rusiyanın ərsəyə gətirdiyi COVID-19 peyvəndinin ilk partiyası 2 həftə ərzində hazır olacaq.

ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mixail Muraşko danışıb.

Nazir bildirib ki, ilk peyvəndlər risk qrupundakı insanlara vurulacaq: “Bu gün keyfiyyətə nəzarət prosesi gerçəkləşdirilir. İlk partiya həkimlərə vurulacaq. Peyvəndləmə könüllülük prinsipi əsasında olacaq. Bəzi həkimlərin virusa qarşı immuniteti var. Onların sayı 20% ətrafındadır. Peyvəndə ehtiyacları olmadığı düşünülür. Qərar da onların ixtiyarına buraxılacaq”.

Nazir qeyd edib ki, peyvəndin ixrac potensialı mövcuddur: “Prioritetimiz Rusiyanın tələbatını qarşılamaqdır. Mütləq başqa ölkələrə də təklif edəcəyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png