ONN İnformasiya Agentliyi

Rusiyadan İNANILMAZ HƏMLƏ: ikinci peyvənd gəlir

Rusiyadan İNANILMAZ HƏMLƏ: ikinci peyvənd gəlir
07 Sentyabr 2020 - 15:50

Rusiyanın “Vektor” Virologiya və Biotexnologiya Araşdırmaları İnstitutu tərəfindən ərsəyə gətirilən COVID-19 peyvəndinin erkən mərhələ kliniki sınaqları 30 sentyabrda tamamlanacaq.

ONN media bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

Bildirilib ki, bu, Rusiyanın COVID-19 xəstəliyinə qarşı ikinci peyvəndi olacaq.

Rusiyanın hazırda təsdiqlənmiş və oktyabr ayında ölkə miqyasında paylanması planlaşdırılan “Sputnik V” adlı 1 peyvəndi mövcuddur. “Lancet” beynəlxalq tibb dərgisində yayımlanan məqaləyə əsasən, “Sputnik V” təhlükəsiz və effektivdir. Araşdırmada “Sputnik V”nin kliniki sınaqlarına 18-60 yaş arası 76 könüllünün qatıldığı və onların hamısında koronavirusun qarşısını almağa kifayət edəcək qədər antitel yarandığı bildirilib. Araşdırmanın yazarları peyvəndin ifraz etdiyi antitellərlə daha əvvəl COVID-19-a yoluxmuş və xəstəliyə qalib gəlmiş insanların qan nümunələrinin müqayisə edildiyini, peyvəndlənən şəxslərin təbii immun sistemindən daha çox antitel ifraz etdiyini söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 28 avqust etibarilə dünya miqyasında COVID-19-a qarşı 33 peyvənd kliniki sınaq, 143 peyvənd isə kliniki sınaqdan əvvəlki sınaq mərhələsindədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png