ONN İnformasiya Agentliyi

Rusiyanın peyvəndi ilə bağlı ÖNƏMLİ AÇIQLAMA: 6 ay sonra…

Rusiyanın peyvəndi ilə bağlı ÖNƏMLİ AÇIQLAMA: 6 ay sonra…
17 Sentyabr 2020 - 20:45

Rusiyanın “Vektor” araşdırma mərkəzinin hazırladığı koronavirus peyvəndi ömürlük immunitet qazandırmır. Peyvəndin qoruyuculuğunun 6 ay müddəti var.

ONN media  xəbər verir ki, Zooloji Xəstəliklər Departamentinin rəhbəri Aleksandr Rıjikov “Rospotrebnadzor”un instqaram hesabındakı canlı yayımda deyib.

O bildirib ki, bu müddət müsbət qiymətləndirilməlidir: “Çünki üstümüzdə həyat boyu davam edəcək dəyişiklik yaratmamış oluruq. Bu müddət bitən zaman lazım gəldikdə yenidən peyvənd vurdurmaq mümkün olacaq”.

Qeyd edək ki, “Vektor” mərkəzi hazırladığı peyvəndin kliniki testlərinə başlamaq üçün iyulun 24-də Səhiyyə Nazirliyindən icazə almışdı. Testlər sentyabrın 30-da tamamlanacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png