ONN İnformasiya Agentliyi

Səhhətinizdə bu əlamətlər varsa deməli siz…

Səhhətinizdə bu əlamətlər varsa deməli siz…
19 Oktyabr 2022 - 8:41

Sağlamlıqlarına biganə olan, həkimə getməyi xoşlamayan kişilər bəzi xəstəlikləri gecikdirir, bu da onların ömrünü qısaldır.

ONN media hər bir kişinin özündə fikir verməli olduğu xəbərdaredici ciddi əlamətləri təqdim edir:

Xayada dəyişikliklər – Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır.

Tez-tez sidiyə çıxma – Bu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir.

Nəcisdə qan görülməsi – Nəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlərinə daxildir.

Səbəbsiz ağrı və yorğunluq – Xərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin.

Ağız yaraları – Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər.

Limfada şişkinlik – Boyun, qoltuqaltı və ya digər nahiyələrdə yerləşən limfa vəzilərində səbəbsiz şişlərin əmələ gəlməsi də xərçəng simptonlarına daxildir.

Çətin udmaq – Yemək yeyərkən udmağa çətinlik çəkirsinizsə, eyni zamanda qusma və çəki itkisi kimi əlamətlər varsa, həkim nəzarətindən keçin // medicina.az.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png