ONN İnformasiya Agentliyi

Səhiyyə Nazirliyi 5 nəfərin güllələnməsi ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi 5 nəfərin güllələnməsi ilə bağlı məlumat yaydı
19 Dekabr 2019 - 12:53

Səhiyyə Nazirliyi Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib:

“Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib”.

Qeyd edək ki, ötən gecə Balakən rayon Yeni Şərif kənd sakini olan yaşlı kişi ailə üzvlərini güllələyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png