ONN İnformasiya Agentliyi

Şəkərin öldürücü dozası

Şəkərin öldürücü dozası
28 İyul 2018 - 22:41

Kolumbiya universitetinin alimlərinin araşdıraraq gəldikləri qərara əsasən, çaya əlavə olunan iki qaşıq yarım şəkər tozu siyanid demensiya (hafizə, düşüncə, davranış pozğunlu) və alzheimer xəstəliyinin yaranma riskini artırir.

ONN media bildirir ki, alimlərin apardıqları tədqiqatlarının nəticələri, Çikaqoda yerləşən Alzheimer xəstəliyi ilə mübarizə üzrə Beynəlxalq Assosiasiya Konfransında təqdim olunmuşdur.

Müşahidə prosesində, ilk vaxtlarda demensiya əlamətləri sezilməyən 2226 insan iştirak edib. Müşahidə əsnasında iştirakçılar, qıdalara, içkilərə əlavə etdikləri şəkər miqdarını göstərirdilər. 7 il aparılan tədqiqat ərzində, 429 nəfərdə alzheimer xəstəliyinin inkişaf etməsi müşahidə olunub. Hər gün istifadə etdiyi qidaya 30,3 qr şəkər əlavə edən insanlarda siyanid demensiya (hafizə, düşüncə, davranış pozğunlu) riski, gündəlik 5,8 qr şəkər istifadə edən insanlarla müqayisədə 33% artıqdır.

Alimlərin elmi nəticələrinə əsasən, şirin içki, o cümlədən şəkər qatqılı meyvə suları istifadəçiləri 27 % alzheimer xəstəliyindən daha çox əziyyət çəkirlər. Daimi qazlaşdırılmış şirin su qəbul edən insanlarda isə bu 54 % daha artıq olur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png