ONN İnformasiya Agentliyi

Saç tökülməsinin qarşısını alan QİDALAR — SİYAHI

Saç tökülməsinin qarşısını alan QİDALAR — SİYAHI
03 Sentyabr 2018 - 22:47

Gündəlik 50-200 saç tükünün tökülməsi normaldır. Amma bundan çox saç tökülməsi qidalanmada nəyinsə düzgün olmadığına işarədir.

ONN media olke.az -a istinadən bu gün oxucularına saç tökülməsinin qarşısını alan qidaların siyahısını təqdim edir.

Mövsümlərin dəyişməsi, hormonal faktorlar və qeyri-stabil həyat tərzi saçlara mənfi təsir edir.

Xüsusən də protein, dəmir və digər maddələrin olduğu qidalarla saç sağlamlığını bərpa etmək mümkündür. Saç keratin proteindən ibarətdir. 

Saç sağlamlığı üçün protein kifayət deyil. Bunun yanında saç və saç dərisi üçün faydalı olan digər qidalar: dəmir, biotin, sink, selenium, mis və maqneizum, A, B6, C, D,P E vitaminləri lazımdır.

Selenium

Selenium balıq, taxıl bitkiləri, gül kələmi, kələm, kərəviz, xiyar, soğan, turp, sarımsaq, göbələk, yumurta və günəbaxan tumunun tərkibində olur.

D vitamini

Ən yaxşı D vitamini mənbəyi günəşdir. Amma uzun müddət günəş şüasına məruz qalan saçlar da ziyan çəkir. Bu səbəbdən də yağlı balıq, yumurtanın sarısı, pendir və süd qəbul etmək lazımdır.

Sink

Dəniz məhsulları, ət, quru paxla və göbələyin tərkibində var.

A vitamini

Balıq, yumurta, qırmızı ət, süd, qatıq, yerkökü, ərik qurusu, yemiş, şaftalı, ispanaq, gül kələmi, cəfəri kimi qidaların tərkibində var.

E vitamini

Bitki yağları, günəbaxan tumu, yer fındığı, yaşıl yarpaqlı tərəvəz və kəpəkli unun tərkibində var.

Dəmir

Qırmızı ət, yumurta, quru paxla, bəhməz, yaşıl tərəvəz, pomidor, quru meyvələrin tərkibində var.

Niasin

Toyuq, hind quşu, balıq, göbələk, buğda kəpəyi, yer fındığı, günəbaxan tumu, süd, qatıq, pendir, yumurta və kartofun tərkibi niasinlə zəngindir.

B6 vitamini

Banan, kartof, noxud, balıq, toyuq, yemiş, ispanaq, gül kələmi, qırmızı ət, pomidor, günəbaxan tumu, yer fındığının tərkibində olur.

Maqnezium

Günəbaxan tumu, qabaq çəyirdəyi, badam, balqabaq, gül kələmi, kartof, lobya, ət, süd, balıq, yumurta, pivə və şokaladın tərkibində var.

Mis
Dəniz məhsulları, kartof, qara ciyər, quru paxlalar, kakao, ərik qurusu, quru meyvələr və yağlı yoxumlarda olur.

C vitamini
İtburnu, kivi, narıncı meyvələr, çiyələk, gül kələmi, qırmızı və yaşıl bibər, yemiş, yaşıl yarpaqlı tərəvəzlər, pomidor və kartofun tərkibində var.

Biotin
Yumurta sarısı, pendir və yer gındığı biotinlə zəngindir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png