ONN İnformasiya Agentliyi

ŞAD XƏBƏR: Bu rayonda koronavirusa yoluxma sıfıra düşdü

ŞAD XƏBƏR: Bu rayonda koronavirusa yoluxma sıfıra düşdü
21 Avqust 2020 - 12:41

Son 3 gün ərzində Cəlilabad rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.

ONN media xəbər verir ki, bu barədə rayonun tibb müəssisəsindən məlumat daxil olub.

Qeyd olunub ki, avqustun 17, 18 və 19-da rayon ərazisində COVID-19-a yoluxma halının müəyyənləşdirilməsi üçün götürülən test analizlərinin nəticəsi neqativ çıxıb və bununla da, rayonda yoluxma halı aşkar edilməyib.

Qeyd edək ki, Cəlilabad daha əvvəl koronavirusa kütləvi yoluxma hallarının qeydə alındığı ərazilərdən biri olub. Bir müddət əvvəl rayonun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub. Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib. Bundan sonra koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərdə polis nəzarəti gücləndirilib. Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işləri aparılıb.

Xatırladaq ki, Cəlilabad şəhəri sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonların sırasındadır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png