ONN İnformasiya Agentliyi

Sahurda edilən ən böyük SƏFLƏR NƏDİR?

Sahurda edilən ən böyük SƏFLƏR NƏDİR?
22 Mart 2023 - 15:11

Diyetoloq Gökçen Efe Aydın Müqəddəs Ramazan ayının başlanması ilə bağlı orucun faydalarından danışıb.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis həm də orqanizmə zərər vermədən oruc tutmağın qaydalarını izah edib.

“Sahurda qalxıb yemək yeməyən insanın aclıq müddəti 20 saat çəkir. 20 saat ac qalmaq ciddi sağlamlıq problemlərinə yol aça bilər. Sahuru vaxtında etmək lazımdır və ötürmək olmaz.

Ramazan ayında oruc tutanlar iftara yüngül yeməklərlə başlamalıdır, az yağlı ət və tərəvəz yeməkləri, həmçinin salatlar tövsiyə olunur. Yaxşı olardı ki, enerji verən, lakin qanda şəkərin miqdarını sürətlə artıran ağ çörək, plov kimi qlisemik indeksi yüksək olan qidaların yerinə bulqur, tam buğda çörəyi və ya tam buğdalı makaron kimi lifli qidalara üstünlük verilsin.

Sahur ​insanı oruca hazırlayan ən mühüm yeməkdir. Bəzi insanlar üzrlü səbəblərdən sahura qalxmaqdansa, yemək yeyib bir az gec yatmağa üstünlük verirlər. Lakin bu, yanlış bir hərəkətdir. Çünki yeyib yatmaqla və sahuru ötürmək arasında müddət baxımından çox da fərq yoxdur. Hər iki halda aclıq müddətimizi uzadırıq. Ona görə də sahura qalxmalıyıq. Sahurda yediyimiz qidalar bizi gün boyu tox tutacaq və su ehtiyacını minimuma endirəcək”, – həkim qeyd edib.

Diyetoloq qeyd edib ki, sahura qalxmayanda qanda şəkərin miqdarı aşağı düşür, həzm sistemi ağırlaşır, mədə və bağırsaqda aşırı qaz yığılır, ani təzyiq sıçrayışı, vücudun susuz qalması kimi sağlamlıq problemləri bizi ciddi şəkildə narahat edə bilər. Gündə bir dəfə qidalanan insan demək olar ki, bütün gün ac qalacaq.

Mütəxəssis Diyetoloq Yeşim Nurdan Özkorucuuklu isə bildirib ki, Ramazan ayında qidalanma planına diqqət yetirmək lazımdır. Özkorucuuklu oruc tutanlara yemək sayını 3 və ya 2 dəfəyə endirməyi tövsiyə edib:

“Sahur süfrəsinə gecə yuxudan durmaq lazım olduğu üçün əksər insanlar onu ötürür və yemək sayı daha da azalır. Təxminən 12-14 saat uzun sürən aclıq olur. Hər iftar süfrəsi ağır yeməklərlə başlayır. İftardan sonra şirniyyatlara da üstünlük verilir, amma bədənin su tələbatı yada düşmür.

Orucun vücudumuza faydalı olması və formada qalmaq üçün qida rasionumuzda tarazlıq yaratmalıyıq. İftarla sahur arasında gündəlik su tələbatını ödəyə bilirik. Qanda şəkər miqdarının aşağı düşməsi, daha çox aclıq hissi, yorğunluq, iş performansında azalma, uzun müddət aclıqdan yaranan biləcək narahatlıq və əsəbilik kimi bəzi problemlərin qarşısını almaq üçün sahur atlanmamalıdır”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png