ONN İnformasiya Agentliyi

Saqqız çeynəmək nəyə zərərdir?

Saqqız çeynəmək nəyə zərərdir?
24 Sentyabr 2022 - 13:26

Söhbət saqqızın sadəcə dişlərdə kariyes yaranmasına rəvac verməsindən getmir.

ONN media bildirir ki, həkim-terapevt Vera Nəzərova mövzu ilə bağlı verdiyi açıqlamada qeyd edir ki, saqqızdan həddən çox istifadə orqanizmdə xroniki qastrit, pankreatit, kolit və diabet kimi xəstəliklərin yaranmasına yol aça bilər.

Mütəxəssis göstərir ki, mədəyə qida qəbul edənədək saqqız çeynəmək qəti qadağandır. Çünki, çeynəmə bütün həzm traktına – mədədən onikibarmaq bağırsağa, mədəaltı vəzidən nazik bağırsağa qədər təsir edir:

“Bu zaman bu orqanlar qidanı həzm edirmiş kimi özlərindən şirə buraxır və həmin qida olmadıqda orqanizm öz selikli qişasını “emal etməyə” başlayır. Məhz bu səbəbdən təhlükəli xroniki ağrılar yaranır. Mədəaltı vəzi qana insulin verir, intəhası həmin an bu elementin istifadəsi üçün mədədə qida yoxdur. Axı, orqanizmə düşməyən qidanı insulin necə emal edə bilər?”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png