Sarımsaq və süd qarışımı… – Ən bahalı dərmanlardan daha FAYDALIDIR

Elm adamları sarımsaqla bağlı araşdırmalar zamanı, bu möcüzəvi bitkinin bir çox bahalı dərman vasitələrindən daha faydalı olduğunu açıqlayıb. 

ONN media Medicina.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı müəyyən edilib ki, sarımsaq südlə bərabər istifadə edildiyi zaman ağızdan gələn pis qoxudan xilas olmaq mümkündür.

Elm adamları qida zəhərlənmələrində rol oynayan Campylobacter jejuni bakteriyasına qarşı antibiotiklərdənsə, sarımsağın yüz qat daha effektli olduğunu açıqlayıblar.

Araşdırmalar sübut edib ki, sarımsaq yemək sinə xərçəngi riskini azaltmağa kömək edir. Həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəng xəstəliyinə yoluxmaq riskləri 50 faizədək azalır.

Sarımsaq çiynənildiyində və ya əzildiyində, mikroböldürücü xüsusiyyətləri olan müxtəlif maddələr ortaya çıxır. Bu maddələrdən bəziləri də immunitet sistemini gücləndirir. Hətta sarımsağın içindəki "allicin" adlı maddənin penisilinlə müqayisə ediləcək qədər güclü bir antibakterial olduğu təyin olunub.

Sarımsaq qan şəkərini və təzyiqi tənzimləməkdə təsirlidir. 

Sarımsağın başqa bir təsiri də, eynilə aspirin kimi, qanı yumşaldıcı xüsusiyyətdə olmasıdır.

Sarımsaqdan bəzi xəstəliklərin müalicəsi üçün də istifadə edilir. Südlə bərabər istifadə edildikdə effekti daha da arıtr.

Astma və öskürəyin müalicəsi üçün 3-4 diş sarımsağı əzib bir stəkan süd və ya suyla qaynadın. Soyumasını gözlədikdən sonra gündə 2-3 dəfə için. Və ya gündə iki dəfə sarımsağı bir çay qaşığı balla yeyin.

Bir gündə 3 stəkan içilən sarımsaqlı süd sətəlcəm xəstəliyinin keçməsinə yardımçı olur.

Bədəndən toksinləri çıxartmaq üçün sarımsaq olduqca faydalı qidadır. Südlə qarışdırıldığında isə bu faydaları iki qat çoxalır. 

Bir stəkan südə əlavə etdiyiniz bir diş sarımsaq sarılıq problemini də həll etməyə yardımçı olur.

Ayaqlarda, ombalarda və digər oynaqlarda yaranan ağrılar üçün sarımsaqlı süd olduqca faydalıdır.