ONN İnformasiya Agentliyi

Skoliozu aşkarlamanın 8 YOLU

Skoliozu aşkarlamanın 8 YOLU
12 Oktyabr 2019 - 4:39

Uşaqlarda ən çox görülən skoliozun səbəbi müəyyən olmayan idiopatik skoliozdur.

Skolioz müalicə edilmədiyi təqdirdə ağciyər və tənəffüs problemləri, ürək problemləri, nadir olaraq çox irəli deformasiyalarda onurğa beynində sıxılma və iflic, ciddi kosmetik və psixoloji problemlərə yol aça bilir.

Kiçik yaşda ortaya çıxan skoliozun müalicə müddəti necədir?

Uşaqlarda skoliozun müalicə şəklini təyin edəcək olan meyarlar xəstədə skolioz əyriliyinin və rotasiyanın dərəcəsinə və yerinə bağlıdır.

Fizioterapiya, məşqlər və ev proqramı 20º-nin altındakı əyriliklərdə tətbiq edilir. Əgər skoliozun bucağı 20°-dən yuxarıdırsa sərt korsetə əlavə olaraq, fizioterapiya ilə konservativ müalicə tövsiyə olunur.

Skolioz zamanı bucaq 40º-nin üzərində isə məqsəd ardıcıl gips qoyulması və ya sərt korset istifadəsi ilə bucağı 40º-nin altına endirməkdir. 60º və daha yüksək dərəcələrdə isə cərrahi müdaxilə və sonra fizioterapiya seçilməkdədir.

Skoliozu aşkarlamanın 8 yolu

1. Ayaq üstə durmuş və bel divara söykənmiş vəziyyətdə çiyinlərin yüksəklikləri fərqlidirmi?

2. Uşaq dizləri düz vəziyyətdə önə doğru əyildikdə kürək hissələri fərqli yüksəkliklərdədirmi?

3. Kürək sümüklərindən biri digərindən daha çox hiss olunurmu?

4. Qalça sümüklərində asimmetriya varmı?

5. Ayaq üstə qollar yavaşca önə əyildiyində bir tərəf digər tərəflə müqayisədə qol və bədən arasında daha çox məsafə  mövcud olurmu?

6. Uşağın hiss olunan bir kürək hündürlüyü varmı?

7. Bel çuxurları müqayisə edildiyində toxuma büküşlərində asimmetriya varmi?

8. Uşaq oturarkən və ya dayandıqda bir tərəfə doğru əyilirmi?

Bütün bu suallar cavab alaraq sizin uşaqda skoliozun olması barədə şübhələnə bilərsiz. Əgər hətta bir suala “hə” cavabı aldınızsa, təcili neyrocərraha müraciət edin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png