ONN İnformasiya Agentliyi

TƏBİB-dən XƏBƏRDARLIQ: Qaydalar sərtləşdirilə bilər – SON DƏQİQƏ

TƏBİB-dən XƏBƏRDARLIQ: Qaydalar sərtləşdirilə bilər – SON DƏQİQƏ
29 Noyabr 2020 - 22:58

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək.

ONN media  xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasına görə, sərt təbirlərə, məhdiyyətlərə gedirlər:

“Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir”.

Onun sözlərinə görə, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdırlar. / “Trend”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png