ONN İnformasiya Agentliyi

Təzyiqi və şəkəri olanların nəzərinə

Təzyiqi və şəkəri olanların nəzərinə
27 Sentyabr 2019 - 14:42

Sentyabrın 29-da Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Səhiyyə Nazirliyinin dəstəyi ilə xeyriyyə aksiyası keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, Ümümdünya Ürək Gününə həsr olunmuş aksiya zamanı ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyyələr əks olunan bukletlər paylanılacaq.

Eyni zamanda, müraciət edən şəxslərin arterial təzyiqi, mərkəzi aortal təzyiqi ölçüləcək, qanda şəkərin səviyyəsi təyin ediləcək, arterial təzyiqin gün ərzində monitorlaşmasının əhəmiyyəti başa salınacaq və aparılma üsulu əyani şəkildə nümayiş etdiriləcək.

Qeyd edək ki, aksiya saat 12:00-da Gənclik Mall-da keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png