ONN İnformasiya Agentliyi

ÜST-dən ŞAD XƏBƏR: 6 həftə ərzində…

ÜST-dən ŞAD XƏBƏR: 6 həftə ərzində…
24 Fevral 2021 - 11:52

Dünyada yeni tip koronavirusa yoluxma hallarının sayı əvvəlki həftəyə nisbətən 15-21 fevral həftəsində 11%, ölümlər isə 20% azalıb.

ONN media  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə nəşr olunan həftəlik epidemioloji bülletenində bildirilir.

Qeyd olunur ki, yoluxmanın azalması ardıcıl 6 həftədir ki, davam edir. Son 1 həftədə yoluxmanın ən nəzərəçarpan azalması Amerika (19%), Qərbi Sakit Okean bölgəsi (9%), Avropa (7%) və Şərqi Aralıq dənizində (7%) qeydə alınıb. Bu bölgələrdə ölüm də azalıb – müvafiq olaraq 23, 6, 19 və 3%.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png