ONN İnformasiya Agentliyi

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb
29 İyul 2020 - 23:19

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 215 mindən çox artıb.

ONN media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 28-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 215 127 nəfər yeni koronavirusa yoluxub, 5 274 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 16 558 289, ölənlərin isə 656 093 nəfərə çatıb.Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 8 840 524 yoluxma və 342 635 ölüm halı.İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 261 042, ölənlərin sayı isə 210 897 nəfərə çatıb.Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 92 056 yoluxma və 42 233 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png