ONN İnformasiya Agentliyi

Üzərliyin BİLMƏDİYİNİZ FAYDALARI

Üzərliyin BİLMƏDİYİNİZ FAYDALARI
03 Noyabr 2020 - 1:03

Üzərlik otu qədim zamanlardan bəri insanların həm fiziki, həm də ruhi problemlərinin müalicəsində istifadə olunan möcüzəvi bitkidir. Dövrümüzdə daha tez-tez istifadə edilən üzərlik başda tənəffüs yolu xəstəlikləri olmaqla, bir çox narahatlıqların müalicəsində üstünlük verilir.

Bu otun mistik xüsusiyyətə sahib olduğuna inanır.

Üzərliyin orqanizmə faydaları

– Metabolizmin işini sürətləndirir, bağırsaqların sağlam işini təmin edir. Bağırsaqlarda bakteriya və qurdların yaranmasının qarşısını alır.

– Yaz aylarında qrip və soyuqdəymənin müalicəsində fayda verir. Boğaz aörısı və infeksiyasını sağaldır.

– Sidik kanalında yaranan iltihab və infeksiyaların sağalmasına fayda verir.

– Xroniki baş ağrısı yaşayanların ağrılarını dindirməyə yardımçı olur.

– Tənəffüs yolları problemləri olanların nəfəsini aır, tənəffüs darlığı və burun tıxanıqlığını aradan qaldırır.

– Diqqət dağınıqlığı, fokuslanmada çətinlik yaşayanlar çay və tüstüsündən istifadə edə bilər.

– Bəlğəmqovucudur.

– Qadınlarda menstruasiya dövrünün rahat keçməsini təmin edir.

– Hormonları balanslaşdırır. Serotoninin miqdarını çoxaldaraq sinir sisteminə yardımçı olur.

İstifadə üsulları

Çay formasında: 1 fincan isti suya 1 ovuc üzərlik ataraq 5 dəqiqə gözləyin. İçməli hala gəldikdə süzərək qəbul edin. Otun təzəliyindən əmin olun.

Tüstü formasında: dərin qabın içində yandıraraq tüstüsünü evdə gəzdirin və ya qoxlayın.

Balla qarışığı: kətan toxumu, bal və üzərliyi qarışdırıb gündə 1 qaşıq yeyin. Astma xəstələrinin sağalmasına köməkçi olur. (publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png