ONN İnformasiya Agentliyi

Xərçəngin hansı növləri irsidir?

Xərçəngin hansı növləri irsidir?
05 Fevral 2024 - 8:16

Rusiyanın tanınmış onkoloqu Yuliya Şubina xərçəng xəstəliyinin irsi növlərini açıqlayıb.

ONN media xəbər verir ki, həkimin sözlərinə görə, xərçəng yalnız bədxassəli şişlərin bir növü deyil.

O qeyd edib ki, xəstəliyin bəzi növləri valideynlərdən də uşaqlara ötürülə bilər:

“Məsələn, döş, yumurtalıq, medullyar xərçəng və bağırsaq xərçəngi xəstəliyinin bəzi növləri buna aiddir”.

Həkim profilaktiki tədbir olaraq anaları və ya nənələri adları qeyd edilən onkoloji xəstəlik növlərinə tutulmuş qadınlara yumurtalıq və döş xərçəngi inkişafının genetik riski üçün analiz verməyi tövsiyə edib. Onun sözlərinə görə, qalxanabənzər vəzi xərçəngi kalsitonin hormonunun analizi ilə üzə çıxa bilər və kolonoskopiyadan müntəzəm keçdikdə potensial bağırsaq patologiyasını aşkarlamağa kömək edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png