ONN İnformasiya Agentliyi

Xoşbəxtlik hormonunu sağlam yolla artırın

Xoşbəxtlik hormonunu sağlam yolla artırın
14 Oktyabr 2021 - 20:31

Özünüzü hər gün sol tərəfdən oyanmış kimi hiss edirsiniz? Yaşadığımız hansısa bir hadisəyə, dava etdiyimiz bir insana görə neqativdüşüncəli, bədbəxt və əsəbi oluruq. Amma bəzən də heç bir səbəb olmadan özümüzü xoşbəxt hiss etmirik. Bu yerdə bizə xoşbəxtlik hormonunu qaldırmaq lazımdır.

ONN media xəbər verir ki, xoşbəxtlik hormonlarını qaldırmaq heç də çətin deyil. Bu sizi həm gənc, həm də sağlam saxlayacaq.

Xoşbəxtlik hormonu nədir və necə yaranır?

Xoşbəxtlik hormonu beyində sinirlər arasında axım növüdür. Bu daim çalışaraq xoşbəxt və rahat hiss etməyimizə yardımçı olur. Bu gözəl hormonun ən təəccüblü yönü isə odur ki, onun yüzdə 80 faizi bağırsaqlarda yaranır. Serotonin hormonu da adlandırılan xoşbəxtlik hormonu çox olanda yuxusuzluq, az olanda isə çox yatmaq halı yaşanır.

Xoşbəxtlik hormonunu heç bir dərman istifadə etmədən necə artırmaq olar?

Stress yaradan hormonumuzu nəfəsalma ilə idarə edə bilərik. Qarnı içəri çəkib çölə vuraraq yavaş-yavaş nəfəs almaqla, stressimiz azala bilər. Yemək yeyərkən onu çox çeynəmək də xoşbəxtlik hormonuna müsbət təsir edir. Spirtli içki, şəkər və çox kofein tərkibli qidalardan uzaq olaraq qaraciyərimizi sağlam saxlaya və serotonu çox ifraz etməsinə yardımçı ola bilərik.

İdman edərkən nə cür gəldi hərəkətlər etməyin. Bədəninizin zövq alacağı hərəkətlər edin. Ən çox sevdiyiniz idman hərəkətlərini edərək həm çəki ata, həm də xoşbəxt olacaqsınız.

Çalışın brokolli, kələm, balqabaq, avokado, lobya çox yeyəsiniz. Çünki onlar da xoşbəxtlik hormonunu artırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png