ONN media

Xurmanın inanılmaz faydaları

Xurmanın inanılmaz faydaları
07 Sentyabr 2019 - 9:16

Min bir dərdin dərmanı olan xurma nadir qida məhsullarındandır. Onun tərkibi insan üçün vacib olan vitaminlər və mikroelementlərlə zəngindir.

ONN media xəbər verir ki, xurma insan sağlamlığı üçün təhlükə yaradan bakteriya, mikrob, parazit daşıyıcısı deyil, əksinə onun tərkibindəki maddələr orqanizm üçün problem yaradan bakteriya və parazitləri məhv edir. Tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkənlər üçün xurma olduqca faydalıdır. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurmadan istifadə etmək ürəyin tam fəaliyyətinin bərpası üçün ən yaxşı vasitələrdən biri sayılır.

Xurma damar və kapilyarların divarlarını möhkəmləndirir, həmçinin qan dövranını yaxşılaşdırır, yüksək qan təzyiqi olanlara müsbət təsir göstərir. Lakin şəkərli diabet xəstələrin, mədəsində qastrit olanların onu qəbul etməsi məsləhət görülmür.

Cənnət meyvəsi sayılan xurmanın faydalı cəhətlərindən biri də müxtəlif kimyəvi dərman preparatlarının qəbulundan sonra onların orqanizmdə yaratdığı fəsadların aradan qaldırılması xüsusiyyətidir. Mütəmadi xurmadan istifadə immun sistemini gücləndirir, onu lazımi səviyyədə saxlayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png