ONN İnformasiya Agentliyi

Yara, xora, yanıq zamanı vazkeçilməz ucuz vasitə – ƏFSANƏVİ MAZ

Yara, xora, yanıq zamanı vazkeçilməz ucuz vasitə – ƏFSANƏVİ MAZ
09 Sentyabr 2019 - 1:08

Vişnevskiya mazı 1927-ci ildə adından bəlli olduğu kimi məşhur sovet cərrahı Aleksandr Vişnevskiy tərəfindən hazırlanıb.

ONN media bildirir ki, antibiotiklərin hələ icad olunmadığı dövrdə bu vasitə bir çox insanların həyatını xilas edib.

Müasir tibb Vişnevskiy mazını “effektliyi sübut olunmamış preparat” hesab edir. Lakin bizim fikrimizə görə bu çox böyük haqsızlıqdır.

Vişnevskiy mazı öz effektivliyini hələ 2-ci Dünya Müharibəsi zamanı sübut edib. Təsəvvür edin ki, bu maz müharibə zamanı güllə, qəlpə və s. ağır travmatik yaraların müalicəsində istifadə olunan demək olar yeganə vasitə idi. Antibiotiklər yalnız müharibənin sonunda istehsal olunmağa başlayıb. Bununla belə yaralananların 70%-i müalicə olunub yenidən Vətəni müdafiə etməyə qayıdırdılar. Müharibə şəraitini nəzərə alsaq bunu fantastik nəticə hesab etmək olar.

Vişnevskiy mazının tərkibində tozağacı qətranı, kseroform və gənəgərçək yağı var. Heç bir toksiki təsiri olmayan bu maz çox yaxşı antiseptik (mikrob əleyhinə) xüsusiyyətlərə malikdir və hətta indi uğurla istifadə olunur.

Vişnevskiy mazı yara, yanıq, dəridə irinləmə, absess, furunkul, tromboflebit , trofiki xoralar, psoriaz zamanı ən ucuz və çox effektli vasitədir. Maz yarada mikrobları öldürür, sağalma proseslərini sürətləndirir.

Maz zədələnmiş dəriyə nazik qatla çəkilir, üzərinə sarıq qoyulur. Maz selikli qişalarda, cinsi orqanlarda istifadə olunmur.(saglamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png