ONN İnformasiya Agentliyi

Yaşıl soğanın faydası – Bu ağrını kəsir

Yaşıl soğanın faydası – Bu ağrını kəsir
15 Avqust 2019 - 2:30

Mütəxəssislər yaşıl soğanın insana olan faydasını üzə çıxarıblar.

ONN media bildirir ki, bu barədə “VistaNews” məlumat yayıb. Məlumata əsasən, mütəxəssislər diş ağrısına qarşı yaşıl soğanın effektiv olduğunu bildiriblər. Eyni zamanda diş ağrısına qarşı mixək və sarımsaq da kömək edir.

Qeyd edilir ki, yaşıl soğanın tərkibində olan flavenoidlər iltihab əleyhinə və anti-bakteriya xüsusiyyətinə malikdir. Yaşıl soğandan bağayarpağı kimi istifadə etmək olar. Ağrıyan dişin üzərinə 5 dəqiqə qoymaq sonra isə ağzınızı duzlu su ilə qarqara edin.

Bundan başqa diş ağrısına qarşı sarımsaq da faydalıdır. Çünki sarımsağın tərkibində olan allitsin maddəsi anti-bakterial xüsusiyyətə malikdir. Həkimlər məsləhət görürlər ki, bir diş sarımsağı əzərək su ilə qarışdırıb ağrıyan dişə 2-3 dəqiqə qoymaq, sonra isə duzlu su ilə yumaq lazımdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png