Əczaçı Brüs Uillisi aptekdən qovdu – FOTOLAR

Ötən gün aktyor Brüs Uillis kameralara tuş gəlib.

ONN media  bildirir ki, Los-Ancelesdə görüntülənən aktyor koronavirusu heçə sayaraq tibbi maskadan istifadə etməyib.

Apteklərdən birinə girən 65 yaşlı Brüsü maskasız görən əczaçı ondan qaydalara əməl etməsini tələb edib. Əczaçının istəyini rədd edən Uillisin apteki təcili tərk etməsi söylənilib.

Məkandan çıxan aktyor onu çəkən jurnalistlərin olduğunu bilsə də, əhəmiyyət verməyib.