Əməkdar artist Gülbahar Şükürlünün dəfn ediləcəyi yer məlum oldu

Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü Buzovna qəsəbəsində, həyat yoldaşının yanında dəfn olunacaq.

Bu barədə onun ailə üzvləri bildiriblər. 

10:42

Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.

Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əməkdar artistlə vida mərasimi Buzovna qəsəbəsindəki evində keçirilir.