2019-cu ilin ən çox qazanan musiqiçiləri – Siyahı

Amerikanın “Forbes” jurnalı 2019-cu ilin ən çox qazanan musiqiçilərinin siyahısını açıqlayıb.

ONN media bildirir ki, siyahıda birinci yerdə amerikalı müğənni Teylor Svift qərarlaşıb.

Onun illik gəliri 185 milyon dollar təşkil edib.

İkinci yerdə 150 milyon dollar gəlirlər rep musiqiçisi Kanye Uest, üçüncü yerdə isə britaniyalı pop müğənnisi Ed Şiran (110 milyon dollar) qərarlaşıb.

İlk beşliyi “The Eagles” rok qrupu (100 milyon dollar) və Elton Con (84 milyon dollar) tamamlayıb.