ONN İnformasiya Agentliyi

“300 metr arxasınca qaçdım, onu tutub…” – Fransada məşhur aktyor qəribə hadisə yaşadı

“300 metr arxasınca qaçdım, onu tutub…” – Fransada məşhur aktyor qəribə hadisə yaşadı
24 May 2022 - 12:18

Erkan Petekkaya Kann Film Festivalında soyğunçunun hücumuna məruz qalıb. Telefonu oğurlanan Petekkaya 300 metr qaçdıqdan sonra yaxaladığı oğrunu Fransa polisinə təhvil verib.

“Hər şeyə baxmayaraq” filminin dünya premyerasından bir gün sonra filmin baş rol ifaçısı Erkan Petekkaya Fransada soyğunçunun hücumuna məruz qalıb.

Filmin rejisorlarında olan İlhan Doğan bildirib ki, Erdal Murat Aktaş və Erkan Petekkaya ilə nahar etdikdən sonra otellərimizə qayıtmaq üçün masadan qalxdıq. Petekkaya “siz gedin, mən bir az daha oturaram” dedi. Bizadə otellərimizə qayıtdıq.

Erkan Petekkaya restoranda bir müddət oturduqdan sonra otelinə qayıtmaq üçün festival ərazisindən taksi dayanacağına gedərkən telefonuna zəng gəlib. Petekkaya kücədə telefonla danışa-danışa hərəkət edib. Bu zaman soyğunçu onun əlindən telefonu alıb qaçmağa başlayıb. Qısa müddətə təəccüblənən Erkan Petekkaya çox izdihamlı ərazi olsa da oğrunun arxasınca qaçıb. Təxminən 300 metrlik qovalamadan sonra oğrunu tutan Petekkaya açıqlamasında deyib:

“Çox izdihamlı bir yer idi… Camaat arasında ziq-zaq edərək oğrunu qovdum. Bu qədər sürətli qaça biləcəyimi bilmirdim. Oğrunu cavan oğlan olmasına baxmayaraq tutdum. “Pul lazımdırsa, verərəm” dedim, 50 avro uzatdım və telefonumu istədim. Qəbul etməyəndə 50 avro daha təklif etdim, “bu pulu götür, telefonumu ver” dedim. Pulu alsa da telefonumu vermədikdə qarnına yumruq vurub qolundan tutaraq patrul polisinə apardım. Polisə dedim ki, pul lazım olduğu üçün 100 avro verdim, amma yenə də oğurladığım telefonumu qaytarmadı. Polislər əvvəlcə mənə elə bildilər ki, telefon mənim deyil. Ona görə də telefonu söndürüb yandırdım və foto qalereyada şəkillərimi göstərdim. Sonra telefonumu verdilər. Sonra dedim ki, oğrunun cibində iki 50 avro var və onları da istədim. Onun cibində axtarış aparıb, iki 50 avro tapıblar. Onlar da pulu qaytardılar. Sonra qısa bir video çəkdim. Mənim başıma belə bir şey gəldi. Çox şükür hər şey yaxşı qutardı”.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png