ONN İnformasiya Agentliyi

72 yaşlı müğənni məhkəməlik oldu

72 yaşlı müğənni məhkəməlik oldu
10 May 2018 - 4:55

Ajda Pekkan sevgilisi Bülent Çavuşoğlunun ondan 22 yaş kiçik olduğunu yayan mətbuat orqanlarını məhkəməyə verib.

ONN media xəbər verir ki, Çavuşoğlu bir müddət əvvəl 72 yaşlı Ajda Pekkanın İstanbul-Bahçeköydeki 30 milyon TL-lik (təxminən 15 milyon manat) villasına köçüb. İddialara görə, Pekkan gənc sevgilisi üzündən qardaşı Semiramis Pekkanla mübahisə edib. Ailəsi Pekkanın gənc sevgilisi ilə görüşməsinə qarşı çıxıb.

Məşhur ulduz mediada çıxan bu xəbərlərdə şəxsiyyətinin alçaldıldığını və nüfuzunun zədələndiyini bildirərək məhkəməyə müraciət edib.

Ajda xəbərlərdə sevgilisiylə arasındakı yaş fərqinin qeyd edərək onun rahatlığını və dincliyini pozanların və alçandanların cəzalandırılmasını tələb edib. Hazırda ulduzun şikayəti ilə bağlı prokurorluqda istintaq başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png