ONN İnformasiya Agentliyi

Ad gününə hədiyyə əvəzinə yardım istədi

Ad gününə hədiyyə əvəzinə yardım istədi
11 Avqust 2020 - 22:48

Türkiyəli aktrisa Sinem Kobal örnək davranışı ilə diqqət çəkib.

ONN media  xəbər verir ki, doğum günü yaxınlaşan aktrisanın sevənlərindən xüsusi istəyi olub.

O, İnstaqram hesabında foto paylaşaraq bunları qeyd edib:

“Ad günümə çox az vaxt qalıb. Bu il qeyd etmək əvəzinə, yaxşılıq etmək istəyirəm. Hədiyyə almaq yerinə isə, xərçəng xəstəliyindən əziyyət çəkən azyaşlıları xatırlatmaq istədim. Onlara etdiyimiz hər bir yardım çox qiymətlidir. Yardım kampaniyası başlatdım. Qoşulmağı unutmayın”.

Qeyd edək ki, aktyor Kənan İmirzalıoğlu ilə ailəli olan Sinemin ad günü avqustun 14-dür.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png