ONN İnformasiya Agentliyi

Afaq Bəşirqızından ŞOK ETİRAF: 5 manat oğurladım ki…

Afaq Bəşirqızından ŞOK ETİRAF: 5 manat oğurladım ki…
20 May 2019 - 17:43

Xalq artisti Afaq Bəşirqızı çətin keçən uşaqlıq illərində aclığa dözməyərək pul oğurladığını etiraf edib.

ONN media xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı AzTV-nin “Ağ-qara” verilişində Kamran Ağabalayein suallarını cavablandırıb. Aparıcının “Ac uşağa görə oğurluq edərsinizmi?” sualına sənətçinin verdiyi cavab hər kəsi təəccübləndirib və məyus edib. Göz yaşlarına hakim ola bilməyən aktrisa hadisəni belə danışıb:

“Bir dəfə çox ac idim. Uşaqlar hamısı məktəbə kolbasa-çörəklə gəlirdi. Mən də uşaqlıqda kolbasanı çox sevirdim. Biz o vaxt “Almaz” qızıl mağazasının yanında yaşayırdıq. Atam (Bəşir Səfəroğlu – N.İ) xəstəydi, Mərkəzi Klinikada yatırdı. Evimizə tez-tez analığımın qohumu gəlib-gedirdi, adı Zivər idi. Mən Zivər xanımın çantasından 5 manat götürdüm, getdim mağazadan kolbasa aldım, doğratdırdım və onu gətirib atamın kitab şkafında gizlətdim. Bir gün o kolbasadan yedim, səhərisi göm-göy göyərmişdi, iylənmişdi.

Vaxt keçdi, mən Afaq oldum. Bir gün eşitmişdim ki, Zivər xanım satıcı işləyir. Zivər xanımın yanına getdim. Əvvəlcə məni tanımadı, sonradan yadına düşdü, artıq o da yaşlanmışdı.

Dedim ki, Zivər xanım, uşaq olanda sənin çantandan 5 manat götürmüşdüm və dedim ki, indi o pulu sizə qaytarmağa, əvəzini çıxmağa gəlmişəm.

Dedi ki, Afaq, onu bilmişdim və sənə də halal eləmişdim. Yəni sözümün canı budur ki, aclığıma dözə bilməmişəmsə, başqa uşağın aclığına heç dözə bilmərəm. Bütün uşaqlar üçün istənilən riskə getməyə razıyam”.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png