ONN İnformasiya Agentliyi

Afaqla Röya barışdı

Afaqla Röya barışdı
18 Aprel 2018 - 11:42

Əməkdar artist Röya Ayxanla ATV-nin aparıcısı Afaq Gəncəli barışıb.

ONN media xəbər verir ki, onlar Bakıda keçirilən toy mərasimlərinin birində qarşılaşıblar. 

Prodüser Tarix Əliyev (Tolik) hər iki məşhurun fotosunu instaqram səhifəsində paylaşıb, Afaq və Röyanı ulduz adlandırıb. 

Qeyd edək ki,  “ATV maqazin onlarla”da İradə İbrahimovanın Röya söylədiyi fikirlərin yayımından sonra hər iki məşhur arasında narazıçılıq yaranmışdı. Afaqın proqramda Röya ilə bağlı sujetlərin yayımlanmasına qadağa qoyduğu iddia edilmişdi. 

Hətta, sənətçinin mahnısı “Hit parad” rubrikasından çıxarılmışdı. Əməkdar artist isə instaqramda onların bu addımına sərt bir şəkildə etiraz etmişdi. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png