Ağır qəzaya düşdüyü deyilən Vüqardan AÇIQLAMA
“Hazırda atamın Qax rayonundakı evindəyəm, sağ-salamatam”
ONN media xəbər verir ki, bu barədə müğənni Vüqar Muradov özü məlumat verib.
O, bildirib ki, barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Ailə üzvlərimizlə oturmuşuq. Həmin hadisə ilə bağlı sosial şəbəkədən məlumat almışam. Qəza xəbərində yayılan fotonun mənə oxşarlığı var. O cümlədən qəzaya düşən şəxsin adı Vüqar, soyadı da Muradovdur. Belə oxşarlıq sadəcə bir təsadüfdür. Yenə də deyirəm – hazırda doğulub boya-başa çatdığım Qax rayonundayam”.
Qeyd edək ki, sosial şəbəkələrdə mügənni Vüqar Muradovun qəzaya düşməsi ilə bağlı xəbərlər yayılıb.//Report.az