Ajda Pekkan BAKIDA – FOTO

Ajda Pekkan Bakıya gəlib.

ONN media  xəbər verir ki, müğənni “Nargis” jurnalının 5 illiyi münasibətilə yanvarın 13-də Bakıda, Heydər Əliyev Sarayının səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

“Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova müğənninin şəklini paylaşaraq “Bakıya xoş gəlmisiniz” yazıb.

Xatırladaq ki, Ajde Pekkan sonuncu dəfə Bakıya 2013-cü ildə gəlib.