ONN İnformasiya Agentliyi

Aktrisadan tənqidlərə cavab: “Açıq-saçıq da geyinərəm, qapanaram da…”

Aktrisadan tənqidlərə cavab: “Açıq-saçıq da geyinərəm, qapanaram da…”
14 Mart 2018 - 8:00

Aktrisa Ülfət Bəşir açıq-saçıq geyimlərinə görə onu qınayanlara cavab verib.

Musavat.com-a açıqlama verən aktrisa iradlara önəm vermədiyini dilə gətirib: “Mən iradlara normal yanaşıram. Tərif kimi tənqid də olmalıdır. Bir gün sinə dekolteli geyinə bilərəm, bir gün tamam qapanaram. Hər şey özümü necə hiss etməyimdən asılıdır. Əsas odur ki, geyim mənə yaraşsın. Özümü onun içərisində rahat hiss edim. Bir geyimin içərisində özgüvənim yüksək  olursa, mənim üçün idealdır. Mən yaşıma uyğun geyinirəm. Geyindiklərim özümə və yaşıma yaraşır. Insanlara da sağlam münasibət bildirməyi arzulayıram”.

Qeyd edək ki, Ü. Bəşir “Stalinin başı” filmindən sonra populyarlıq qazanıb.  O, qala gecəsində geyindiyi dekolteli libası ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png