ARB TV -nin məşhur gənc aparıcısı işdən çıxarıldı – SƏBƏBİ İSƏ…

Aktyor-aparıcı Ülvi Həsənli ARB telekanalındakı işindən uzaqlaşdırılıb.

ONN media xəbər verir ki, buna səbəb sənətçinin bu gün sosial şəbəkədə yayılan intim görüntüləri olub. Belə ki, bir xanımla telefonla danışan və açıq-saçıq hərəkətlər edən Ülvinin videosu qız tərəfindən qeydə alinaraq, sosial mediada yayılıb.

ARB-də “Üçəlli” verilişinə aparıcılıq edən aktyoru şairə Nazilə Səfərli əvəzləyəcək. O, Axşam.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, sözgedən proqramın digər aparıcısı isə Həsən Həsrətlidir.