ONN İnformasiya Agentliyi

Arif Quliyev:”Hər halda ümidimizi üzmürük”

Arif Quliyev:”Hər halda ümidimizi üzmürük”
04 Fevral 2018 - 15:35

 ONN media bildirir ki,xalq artisti,tanınmiş aktyor Arif Quliyev ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşından danışıb.

Aktyor ailəsinin möhkəmliyinə görə xanımına borclu olduğunu etiraf edib:40ildən artıqdır ki,onunla bir damın altında yaşayırıq.O,mənə həm ana,həm bacı,həm də həyat yoldaşı olub.Ən ağır günlərdə bir birimizə dəstək olmuşuq.Ailənin uzunömürlü olmasında qadının kişini anlaması çoc vacibdir.Hələ yadıma gəlmir ki,bizim ailədə qısqanclıq üstündə söz söhbət olsun.Bilirsiniz ki,aktyorun həyat yoldaşı olmaq asan i deyil.Mənim bütün kaprizlərimə dözüb.Bir dəfə də olsun hansısa səhvimi üzümə vurmayıb.Hətta xəstə olduğu vaxtlarda belə məni zərrə qədərdə olsun incitməyib.

Xalq artisti xanımının səhhətindən danışıb:"Həyat yoldaşım bir neçə ildir ki,qaraciyər serrozundan əziyyət çəkir.Ağır xəstəlikdir,amma şükür Allaha həkimlərin səyi nəticəsində səhhəti yaxşıdır.Təəssüf ki,bu xəstəlik tam sağalmır,mütəmadi müalicə olunur.Hər halda ümidimizi üzmürük".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png