ONN İnformasiya Agentliyi

“Avroviziya 2023”-də ölkəmizi kim təmsil edəcək?

“Avroviziya 2023”-də ölkəmizi kim təmsil edəcək?
02 Fevral 2023 - 19:45

Bu il Avroviziya mahnı müsabiqəsinə seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Artıq 5 ifaçı – Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti, Azər Nəsibov və onların mahnıları final mərhələsinə seçilib.

Bu sözləri Azərbaycanın Avroviziyada nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova deyib.

O xatırladıb ki, mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib:

“Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png