ONN İnformasiya Agentliyi

“Aygünün bəxti hər zaman gətirir, onda şeytanlıq var”

“Aygünün bəxti hər zaman gətirir, onda şeytanlıq var”
17 Sentyabr 2020 - 3:39

Rejissor Fuad Əlişov “10-da görüşək” proqramında qonaq olub.

ONN media xəbər verir ki, rejissor Xalq artisti Aygün Kazımovadan bəhs edib:

“Aygünün xasiyyətində şeytanlıq var. Onla çəkiliş edəndə hər zaman nəşə baş verir. Qışda reklam çəkirik, dəniz kənarındayıq. Yanvar ayıdır və soyuqdur. Bir kadr çəkirik ki, əlində ayaqqabı qumda gəzir və əsəbləşir dənizə atır. Ayaqqabıdan da cəmi bir ədəddir. Aygünə izah etdim ki, belə edəcəksən. Götürdü ayaqqabını atdı suya, motor da verilməyib. Deyirəm, nə etdin? Birdən sudan bir dayı çıxdı… Aygünün bəxti hər zaman gətirir. Deyir, ay dayı ordan ayaqqabını ver”.

Fuad uzun müddətdir klip çəkməməsindən danışıb:

“İldə bir-iki dəfə dost-tanış xahiş edirsə, klip çəkirəm. İndi klip çəkmək biznes kimi çox inkişaf edib. Əvvəlki illərə nisbətən baxırsan ki, görüntü, yanaşma tərzi və texniki tərəfdən inkişaf var. Klipi nə qədər yaxşı çəksən, bir-iki həftə ömrü var, sonra arxivə keçir.

İndi klip çəkərkən birinci pul gəlir. Bizdə isə elə deyildi. O vaxt klip ətrafında süjetlər çəkir, qalmaqallar hazırlayırdı və yaddaşda qalırdı. Kimsə çəkilişdə nəsə edib, indiyənə kimi yaddaşda onunla qalıb.

Avadanlıqlar o qədər əlçatan olub ki… Videoqrafların da klip çəkməsi normaldır. Onlar olmasaydı indi İnstaqram ulduzları, bloqqerlər olmazdı”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png