ONN İnformasiya Agentliyi

Azərbaycanlı məşhura küçədə evlənmək təklif edildi – Onun cavabı…

Azərbaycanlı məşhura küçədə evlənmək təklif edildi – Onun cavabı…
18 Fevral 2020 - 23:36

Azərbaycanlı müğənni Mina Hüseynin sevgilisi Bakıda küçənin ortasında ona gözlənilməz təklif edib.

Müğənni sevimli insanın ona belə bir sürpriz hazırlamasından heç şübhələnməyib də. Sevgilisi 14 fevral “Sevgililər Günü”ndə Xaqani bağında (keçmiş Malakan bağı) “Mina, mənimlə evlənərsən?” sözləri yazılmış banner açıb. Sonra isə romantik təbiətinə uyğun olaraq qızın qarşısında diz çöküb və üzüyü ona verib.

Müğənni belə bir sürprizdən çaşqın vəziyyətə düşsə də, həyəcandan “hə” deyib. Müğənninin sevgilisi bu anı əbədiləşdirmək üçün evlilik təklifini kamera önündə edib. Cütlüyün toyu tezliklə baş tutacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png