Azərbaycanlı müğənni karantinə alındı

İllər öncə ABŞ-a köçən müğənni İlhamə Qasımova koronavirusa görə karantinə alınıb.

ONN media xəbər verir ki, bu barədə ifaçı özünün instaqram səhifəsində paylaşım edib.

Sənətçi Bakıya bu gün gəldiyini və karantinə alındığını yazıb: “Bakıya çatan kimi aeroportda bizdən pulsuz analiz götürdülər, daha sonra karantinə alındıq. Bizə verilən otaq çox gözəl və səliqəlidir, hər şeydən çox razıyam. Bunu bilin ki, başqa ölkələrdə test pulludur”.”(publika.az)