Azərdən Pərvinə BÖYÜK ZƏRBƏ

Aktrisa Pərvin Abıyeva və aparıcı Azər Zahid arasından yenidən gərginlik yaşanıb.

ONN media xəbər verir ki, məşhurların bu davası Pərvinin TikTok hesabını itirməsi ilə nəticələnib.

Belə ki, gərginlik onlar oyunda olarkən yaşanıb. Pərvinin sözlərinə görə, TikTok sıralamasında 3-cü yerdə olmağına son anda Azər və dəstəkçisi mane olub.

Bundan sonra Abıyeva əsəbiləşib və Zahidin haqqında təhqiramiz ifadələr səsləndirib. Azər də eynilə canlı yayım açaraq Pərvinə cavab verib. Bütün bu proseslərin sonunda o, aktrisanın profilini bağlatdırıb.

“O səhifə açılmayacaq. Bunu bilin. Mənə “ilişməyin”. Mənim üzərimdən pul qazanın, halalınız olsun. Amma mənə dil uzatmayın, heç bir yayımçı yayımımda mənə qarşı artıq-əskik bir söz desə, 5 qat ağır cavabını alacaq. Bilirsiz, niyə? Kişi kişi ilə ədavət aparar, xanımla yox”, – deyə, Azər bildirib.

Qeyd edək ki, onlar daha əvvəl də canlı yayımda dava etmiş, sonra barışmışdılar