Azərlə Vüsalə birlikdə görüntülənib

Tanınmış cütlük Azər İsmayılov və Vüsalə Əlizadə bir araya gəliblər.

ONN medianın məlumatına görə, illər öncə xoşbəxt cütlük kimi sevilən həmkarlar qızları Diləyin ad günü münasibətilə birlikdə gün keçiriblər.

Onlar həmin günün fotosunu da xatirə kimi çəkiblər. Azər bu fotonu sosial səhifəsində paylaşaraq “Dilək balam artıq 6 yaşına keçir. Atasının gül balası, səni təbrik edirəm. Birlikdə maraqlı video olacaq. Yeri gəlmişkən şəkil pis alınıb” şərhini yazaraq paylaşıb.

Qeyd edək ki, Azər və Vüsalə 2013-cü ildə qalmaqallı şəkildə boşanıb. 2016-cı ildə Azər ikinci dəfə ailə qurub.