ONN İnformasiya Agentliyi

Azərbaycanlı aktyor Bollivud filminə çəkilir

Azərbaycanlı aktyor Bollivud filminə çəkilir
21 Avqust 2019 - 22:31
Azərbaycanlı aktyor Cavanşir Hadıyev Bollivud filmində baş rolda oynayacaq.

ONN media xəbər verir ki, bu barədə Kulis.az-a aktyor özü məlumat verib.

Cavanşir Hadıyev açıqlamasında Bollivud kinematoqrafçıları ilə müqavilə imzaladığını deyib.

Aktyor filmin müştərək olmadığını, sırf Bollivud istehsalı olan 2 seriyalı kriminal-dram-döyüş janrında olacağını söyləyib:

“Hələlik filmin işçi adı yoxdur. Mən bu filmdə kəşmirlilərin qəhrəmanı Abu-Həmzəni canlandıracağam. Abu Həmzə Hindistan hökümətilə mübarizə aparır və filmdə o müsbət obraz kimi təqdim olunur. Film hind dilində olsa da mənim qəhrəmanım urdu dilində danışır. Çəkilişlər Azərbaycanda, Qazaxıstanda, Hindistanda və Dağıstanda aparılacaq. Həmçinin filmdə Bollivud ulduzlarından biri də iştirak edəcək. Filmin rejissoru isə heyətdə yeganə müsəlman Əhməd İbrahimdir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png