ONN İnformasiya Agentliyi

Azərbaycanlı aktyorlar çətin anlar yaşadı

Azərbaycanlı aktyorlar çətin anlar yaşadı
28 Aprel 2018 - 20:14

Dünən paytaxtda tragikomik hadisə yaşanıb.

ONN media  xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktyorları liftdə qalıb.

Belə ki, göstərilən normanı aşaraq liftə 9 nəfər minən aktyorlar 19-cu mərtəbədə ilişərək 56 dəqiqə gözləməli olublar.

Aktyorları hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

Qeyd edək ki, liftdə qalanlar aktyorlar Tural Əhməd, Nigar Babayeva, İlqar Musayev, Tural Baxış və başqaları olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png