ONN İnformasiya Agentliyi

Bu cür məşhurluğu istəmirdim – Emin Ağalarov

Bu cür məşhurluğu istəmirdim – Emin Ağalarov
25 Sentyabr 2019 - 17:40

Adım Trampla bağlı məsələlərdə seçkiləri düzənləyən, hansısa məxfi sənədləri ötürən və gizli görüşləri təşkil edən adam rolunda hallanırdı.

ONN media xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində “Crocus Qrupu”un vitse-prezidenti, Azərbaycanın xalq artisti Emin Ağalarov deyib. O bildirib ki, Trampla bağlı məsələlər imicimə mənfi təsir edib:

“Adımın bu cür CNN, “Foks Nyus” “Avronyus” və digər kanallarda gedən zaman bu, sənin musiqiçi karyerana kömək etmir. Ona görə ki, sən artıq musiqiçi kimi maraqlı olmursan, həmin anda siyasi mövzu kimi maraqlı olursan. Mən siyasətdən çox uzaq adamam, hər zaman da uzaq olmuşam. Siyasətə qoşulmağı da heç cür planlaşdırmıram. Mən biznesmen və musiqiçiyəm. Qlobal səviyyədə yəqin ki, bunlar mənim beynəlxalq musiqi karyerama mane oldu. Təbii ki, bu, səni yaradıcılıqdan edir. Təsəvvür edin ki, hər hansısa musiqi nəşri səndən müsahibə alır. Onu birinci növbədə sənin Trampla əlaqələrin maraqlandırır, nəinki musiqi sənətin, yeni albomun, konsert turnelərin… Ona görə də hesab edirəm ki, adımın bu məsələlərdə hallanmağı imicimə mənfi təsir edib. O ki qaldı “bununla daha da məşhur oldunmu” sualına, deyərdim, yəqin ki, hə. Adımı Quqlda da yazsaq, bunun şahidi olarıq. Bu cür məşhurluğu istəyirdimmi? Xeyir”.

E.Ağalarov ABŞ-da planlaşdırdığı konsert proqramlarının təxirə salmasına da aydınlıq gətirib:

“ABŞ-a gedə bilərdim, ölkəyə girişim açıq idi. Məsələ onda idi ki, Müllerin təhqiqatı il yarımdan çox, iki ilə yaxın çəkdi. Əgər mən həmin müddətdə ABŞ-a getsəydim və Müller mənə çağırış vərəqəsini təqdim etsəydi, o zaman istintaq bitənə kimi ABŞ ərazisini tərk edə bilməzdim. Təbii ki, bu mənim tur və konsertlərimi zərbə altına qoyurdu. Mənim dörd uşağım var. Ona görə də qərara aldım ki, ABŞ turumu və beş konsertimi təxirə salım. Təhqiqat artıq bitib. Gələn ilin əvvəlində, fevral ayında ABŞ-a gedirəm. Bu dəfə daha böyük konsert proqramı ilə çıxış edəcəyəm”.

Qeyd edək ki, bu ilin əvvəlində Emin Ağalarovun ABŞ və Kanadada verməyi planlaşdırdığı konsertləri təxirə salmışdı. Buna səbəb Trampın seçkilər dövründə Rusiyayla əlaqə qurmasına Eminin kömək etməsi ilə bağlı iddialar idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png