ONN İnformasiya Agentliyi

Bu gün “Eurovision”-un finalıdır

Bu gün “Eurovision”-un finalıdır
12 May 2018 - 18:00

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək.

ONN media xəbər verir ki, finalda 26 ölkənin təmsilçisi mübarizə aparacaq. 

Birinci yarımfinalda Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, ikincidə isə Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderland finala vəsiqə qazanıb.

Birbaşa finalda çıxış edəcək ölkələr Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi olan Portuqaliyadır.

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Aysel Məmmədova finala vəsiqə qazana bilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png